15 C
Baku
Friday, May 3, 2024

Gömrük Komitəsi “Azərsun Holdinq”in şirkətini xarici valyutaya görə cərimələyir

“Sun Food” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törədilməsinə dair protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Nərimanov rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Hafiz Kamranovdur.

İXM-in 483 maddasinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Azərsun Holdinq”ə məxsus olan “Sun Food” MMC 2003-cü ildə yaradılıb, qanuni təmsilçisi İrfan Yılmazdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər