7 C
Baku
Thursday, December 12, 2024

Gömrük Komitəsi “Azhazelnut”ı xarici valyutaya görə cərimələyir

“Azhazelnut” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törədilməsinə dair protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Xaçmaz rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Vüsalə Qasımovadır.

İXM-in 483 maddasinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Azhazelnut” Məhdud Məsuliyyətli Cəmiyyəti 2002-ci ildən fəaliyyət göstərir. Şirkətimiz Azərbaycanda 3 zavoda və 150 hektar fındıq bağına sahibdir.

Son xəbərlər
Digər xəbərlər