13 C
Baku
Thursday, April 18, 2024

Gömrük Komitəsi Balaxanı Sənaye Parkının rezidentini cərimələyir

“Exol Azerbaijan” QSC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. Protokol Nəsimi Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Azər Tağıyevdir.

Qeyd edək ki, İXM-in 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, “Exol Azerbaijan” QSC Balaxanı Sənaye Parkının rezidentlərindən biridir. Fəaliyyət sahəsi işlənmiş yağların emalı, investisiya məbləği 0.2 milyon manatdır.

Son xəbərlər
Digər xəbərlər