24 C
Baku
Monday, April 29, 2024

Gömrük Komitəsi Sumqayıt Kimya Sənaye Parkının rezidentini yenidən cərimələyir

“AzerFloat” Qapalı Səhmdar Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az bu barədə əldə etdiyi məlumata görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib, işə baxan hakim Babək Pənahovdur.

Məlumat üçün qeyd edək ki, “AzerFloat” QSC cari ilin iyun ayında eyni maddə ilə məhkəməlik olmuşdur.

İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Onu da qeyd edək ki, “AzerFloat” Qapalı Səhmdar Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Müəssisədə Almaniya (HORN Glass İndustries) şirkətinin texnologiyası əsasında müxtəlif çeşiddə şüşə lövhələr istehsal edilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər