Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi “Alfa-R Engineering” MMC ilə 10 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının isitmə-soyutma, ventilyasiya, kondisionerləşdirmə, su təchizatı, kanalizasiya, avtomatik yanğınsöndürmə sistemlərinin, qazanxananın və nasosxananın quraşdırılması üzrə işlərin həyata keçirilməsi ilə əlaqədar mal iş və xidmətlərin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 9 428 200 manatdır.