Goldman Sachs-un analitikləri hesab edirlər ki, Google 2018-ci ildə Apple
şirkətinə 9,5 milyard dollara yaxın pul ödəyib.
Banker.az bildirir ki, bu məbləğ Google axtarış
sisteminin Safari brauzerində “default” axtarışı etmək üçün ödənilib.
Qeyd edək ki, bu rəqəm Apple-ın xidmətlərindən əldə etdiyi gəlirin 20% -dən çoxunu təşkil edir.
Mütəxəssislər hesab edirlər ki, Google-un gəliri bu il kəskin azalacaqdır. Apple şirkəti bu itkiləri Apple Music, Apple News Magazines tətbiqlərində olan abunəlik və 25 mart tarixində buraxılacaq yeni video xidmətinin sayəsində kompensasiya etməyi planlayır.