23 C
Baku
Friday, April 19, 2024

Google Lütfi Zadəni yad edir – FOTO

Bu gün Google Doodle azərbaycanlı alim Lütfi Zadəyə həsr olunub. Belə ki, Google azərbaycanlı alim Lütfi Zadənin şərəfinə öz loqosunda dəyişiklik edərək, loqoya alimin şəklini əlavə edib.

Bəs doodle tam olaraq nədir?

İnternetin inkişafı ilə birlikdə ortaya çıxan anlayışlardan biri də “doodle” oldu. Google Doodle, Google tərəfindən tətil, hadisələr, uğurlar və insanları qeyd etmək üçün müvəqqəti bir müddət ərzində Google loqosu üzərində edilən xüsusi dəyişikliklərdir.

İlk Google Doodle 1998-ci ildə “Burning Man” Festivalını qeyd etmək üçün düzəldilib. İlk animasiyalı Doodle 2010-cu ildə İsaak Nyutonun xatirəsinə düzəldilib. İlk interaktiv Doodle isə “Pac Man”ın 30 illiyi üçün dizayn edilib.

Dünyanın müxtəlif yerlərində yayımlanmış doodle-ların hamısını görmək üçün istədiyiniz vaxt www.google.com/doodles linkini ziyarət edə bilərsiniz.

lutfizade

Son xəbərlər
Digər xəbərlər