12 C
Baku
Friday, November 1, 2024

Google şirkəti 2,42 milyard avro rekord həcmdə cərimələndi

Banker.az xəbər verir ki, Avropa Komissiyası Google şirkətini “axtarış sistemləri bazarında dominant mövqeyindən sui-istifadə etməsi” iddiasına əsasən 2,42 milyard avro həcmində cərimələyib.  

İstintaqa əsasən, Google axtarış nəticələrini elə formalaşdırır ki, ilk sətirlərdə partnyor şirkətlərin xidmətləri və məhsulları yer alır.

Bu cərimə bütün antimonopoliya iddiaları tarixində rekord oldu. Google şirkəti 2009-cu ildə bundan daha öncəki rekorda (1,06 milyard avro) imza atmış Intel şirkətindən demək olar ki, 2,5 dəfə artıq məbləğ ödəyəcək.

 

Son xəbərlər
Digər xəbərlər