ABŞ-ın “Google” şirkəti iyun ayında saniyədə 46 milyon sorğu intensivliyi ilə tarixdə ən böyük HTTPS DDoS hücumunu dəf etdiyini bildirib.
Məlumata görə, adı açıqlanmayan “Google Cloud Armor” müştərisi hücuma məruz qalıb.
Hadisə iyunun 1-də baş verib və 69 dəqiqə davam edib
Şirkət hücum zamanı 132 ölkədən 5000-dən çox mənbə IP ünvanının qeydə alındığını qeyd edərək, DDoS-u daha əvvəl digər irimiqyaslı insidentlərdə istifadə edilən Meris botneti ilə əlaqələndirib.