Google şirkəti video oyunların online yayımlayıcı xidməti olan Twitch.TV şirkətini əldə etdi. Müqavilənin dəyəri isə 1 milyard dollar nağd vəsaitlər ilə ödənib.
Təxminlərə əsasən, müqavilə barədə rəsmi məlumat sentyabr ayında keçiriləcək GamesBeat 2014 sərgisində veriləcək. Hələ ki, hər iki şirkət müqavilə barədə şərh bildirməkdən imtina etmişlər. Qeyd edək ki, Twitch şirkətinin əldə edilməsi Google şirkəti üçün YouTube-un əldə edilməsindən sonra (müqavilə 2006-cı ildə 1,65 milyard dollara imzalanmışdı) ən iri həcmli müqavilə oldu.