Wall Street Journal-ın texniki analitiklərinin araşdırmasına görə Google şirkətinə məxsus YouTube hələ ki, itkisiz mövqedə qalmaqdadır. YouTube xidmətinin aylıq auditoriyası milyard nəfərə yaxın olsa da, xidmət keçən il ərzində yalnızca 4 milyard dollar gəlir qazandıra bilmişdi. Bu məbləğ isə saytın işinin dəstəklənməsi üçün tələb olunan xərcləri güclə qarşılayır.
Bununla bir vaxtda 1,3 milyard nəfər auditoriyaya məxsus Facebook isə Mark Tsugerberg-ə 12 milyard dollar gəlir gətirmişdir. Bu məbləğin isə 3 milyard dolları sosial şəbəkədən gələn xalis gəlirdir.
Hazırda Google şirkəti hələ ki heç bir xeyir gətirməyən məşhur xidmətlə bağlı vəziyyəti düzəltməyə çalışır. Xidmətin inkişaf etdirilməsi üçün mümkün variantlar arasında ödənişli qeydiyyatın tətbiq edilməsi nəzərdə tutulur. Bu ödənişli qeydiyyat sayəsində isə istifadəçilər bezdirici reklamlarsız rahatlıqla videoları izləyə biləcəklər.