Kredit kartları – müştəriyə bankın vəsaitləri hesabına mal və xidmətlər üzrə ödəniş aparmağa imkan verən ödəniş kartlarıdır. Kredit kartları vasitəsilə həm xidmət nöqtələrində, həm də internet üzərindən məhsul və xidmətlərin dəyərinin ödənilməsi mümkündür.
Bu kartlar əsasən rəsmi gəliri təsdiqlənən müştərilərə verilir. İstisna hal kimi, bəzi Banklar öz əmanətçilərinə əmanətə bağlı kredit kartlar təklif edirlər.
Kredit kartlarının əsas üstünlüklərindən biri “Grace Period” imkanıdır. “Grace period” – hərfi tərcüməsi “Güzəşt müddəti” deməkdir və müştərilərə bank tərəfindən təyin edilmiş müddət ərzində (bu müddət 30 gündən 45 günədək ola bilir) istər nağd istərsə də nağdsız formada istifadə edilmiş vəsaiti FAİZSİZ geri ödəməyə imkan yaradır.
Bəs bu imkan hansı Bankların kartlarında var? Banker.az olaraq Banklarımızla əlaqə saxladıq və Grace period imkanı olan kartları Sizlər üçün qruplaşdırdıq. Aşağıdakı cədvəl bu kartlar haqqında olan suallarınıza cavab tapmağa yardımçı olacaq.
[table id=506 /]
* Son 3 ildə güzəşt müddətli kartı olana xalis əmək haqqı tələbi 500 AZN təşkil edir.