10 C
Baku
Wednesday, December 11, 2024

“Grandmart” supermarket şəbəkəsi məhkəməyə verildi

“Grandmart” supermarketlər şəbəkəsini idarə edən “Grand – Mart” MMC məhkəməyə verilib.

Banker.az xəbər verir ki, buna səbəb İctimai Qayda, İctimai Təhlükəsizlik və İctimai Mənəviyyat Əleyhinə Olan İnzibati Xətalardır.

Belə ki, “Grand – Mart” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib olunub.

İş hakim Azər Tağıyevin icraatına verilib.

Xatırladaq ki, həmin maddəyə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər