10 C
Baku
Thursday, December 12, 2024

“Gucci” kriptovalyuta ödənişlərini qəbul edəcək

Mayın sonunda “Gucci” brendinin ABŞ-dakı bəzi mağazaları ödənişləri kriptovalyutada qəbul etməyə başlayacaq, Banker.az bu barədə “Vogue Business”a istinadən xəbər verir.

Nəşrin məlumatına görə, kriptovalyuta ilə brendin Los-Anceles, Nyu-York, Atlanta və Las-Veqasdakı butiklərində ödəniş etmək mümkün olacaq. Ödənişlər alıcıya elektron poçtla göndərilən keçid vasitəsilə həyata keçiriləcək – onun üzərindən  alışı etməyə imkan verən QR-kod tapmaq mümkün olacaq.

Şirkət nümayəndələrinin sözlərinə görə, “Gucci” 10-dan çox kriptovalyutanı dəstəkləyəcək: Bitcoin, Bitcoin Cash, Ethereum, Wrapped Bitcoin, Litecoin, Shiba Inu, Dogecoin və digərləri.

Vogue Business-in qeyd etdiyi kimi, moda evi bu yay Şimali Amerikadakı bütün mağazalarında kriptovalyuta ilə alış-veriş etmək imkanını genişləndirməyi planlaşdırır. “Gucci müştərilərimizə daha zəngin brend təcrübəsi təqdim edə biləcək yeni texnologiyaların tətbiqinə sadiqdir”, – “Gucci”nin prezidenti və baş icraçı direktoru Marko Bizzarri söyləyib.

Bundan əvvəl London, Paris və Milanda yerləşən Off-White brend mağazaları da kriptovalyuta ödənişlərini qəbul etməyə başlayıb. Müştərilər Bitcoin, Binance Coin, Ethereum, Ripple və Tether (USDT) və USD Coin (USDC) stabilkoinlərində alışlar üçün ödəniş edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər