“Günay Bank” ASC 2022-ci ilin sonuncu rübünü zərərlə tamamlayıb.
Bu barədə Banker.az bankın illik maliyyə hesabatına istinadən xəbər verir.
Bank 2022-ci ilin dördüncü rübü oktyabr-dekabr ayları ərzində 125.9 min manatlıq zərər edib. Belə ki, ilk üç rübündə 616.34 min manat xalis mənfəət etdiyi halda, ilk dörd rübdə bu rəqəm 490.37 min manata düşüb.
Bank 2022-ci ildə 14milyon 840.81 min manat faizdən, 9 milyon 143.53 min manat qeyri-faizdən gəlir əldə etdiyi halda, 11 milyon 504.17 min manat faizdən və 10 milyon 255.86 min manat qeyri-faizdən xərclər edib.
1 yanvar 2023-cü il tarixinə onun balansında 1 milyon 160.68 min manat illərin yığılmış zərəri mövcuddur.
2022-ci il IV rüb:
2022-ci il III rüb: