13 C
Baku
Saturday, April 27, 2024

“Günay Bank” ikinci rüb ərzində zərər edib

“Günay Bank” ASC 2021-ci ilin ikinci rübü ərzində (aprel-iyun) zərər edib. Belə ki, 2021-ci ilin ilk üç ayında etdiyi 878.9 min manatlıq xalis mənfəəti ilin ilk altı ayında 626.4 min manata düşüb.

Banker.az xəbər verir ki, bu barədə bankın rüblük maliyyə hesabatında deyilir.

Bu isə o deməkdir ki, “Günay Bank” 2021-ci ilin aprel-iyun ayları ərzində  252.5 min manat zərər edib.

Bankın faiz gəlirləri ilk altı ay ərzində 7.02 milyon manat, faiz xərcləri  4.41 mln. manat, qeyri-faiz gəlirləri 3.88 mln. manat və qeyri-faiz xərcləri isə 4.78 mln. manat olmuşdur. Bu da bankın 1.71 mln. manat əməliyyat mənfəəti etməsi deməkdir. Əməliyyat mənfəəti ilk üç ayda 1.4 mln manat olduğunu nəzərə alsaq, ikinci rüb ərzində 0.31 mln. manat etmiş olduğunu görürük.

Bank 1.08 mln. manat mümkün zərərlər üzrə ehtiyata ayırmalar etmişdir (birinci rübdə 520 min manat idi).

214321 3123213

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər