7 C
Baku
Thursday, December 12, 2024

“Günay Sığorta”nın mənfəəti 2 dəfədən çox azalıb

“Günay Sığorta” 2020-ci ili 325 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu ildə isə sığorta şirkətinin xalis mənfəəti 720 min manat olub.

Banker.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 2.2 dəfə azdır.

Ötən il “Günay Sığorta”nın gəlirləri 9.254 milyon manat (illik müqayisədə 35% çox), xərcləri 8.730 milyon manat (46.5% çox) olub. 2019-cu ildə isə “Günay Sığorta”nın gəlirləri 6.861 milyon manat, xərcləri 5.958 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə “Günay Sığorta”nın aktivləri 14.966 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 17% artaraq 6.769 milyon manata, cəmi kapitalı isə 5% azalaraq 8.197 milyon manata çatıb.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Şirkətin səhmləri Yeganə Məmməd qızı Şirinovaya (“Günay Bank” ASC-nin 38,94%-lik səhmdarı) və Mahmud Məmmədova (“Günay Bank”ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.11 12

Son xəbərlər
Digər xəbərlər