“Günay Sığorta” 2019-cu ili 720 min manat mənfəətlə başa vurub. Belə ki, 2018-ci illə müqayisədə sığorta şirkətinin mənfəəti 12,6 dəfə çoxalıb.
Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.
2019-cu ildə “Günay Sığorta”nın cəmi gəlirləri 6 milyon 861 min manat, cəmi xərcləri isə 5 milyon 957 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Günay Sığorta”nın aktivləri 14,42 milyon manat olub ki, bu da illik müqayisədə 13% çoxdur.