9 C
Baku
Thursday, December 12, 2024

Həsən Bədəlov İdarə Heyətinin sədri təyin olundu

“Günay Sığorta” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.

Şirkətə istinadən, bu vəzifəyə indiyə qədər “Günay Sığorta”nın Direktorlar Şurasının (DŞ) sədr müavini vəzifəsində çalışmış Həsən Bədəlov gətirilib.

O, Maliyyə Bazarlarına Nəzarət Palatasının razılığından sonra vəzifə səlahiyyətlərinin icrasına başlayacaq.

H.Bədəlov yeni vəzifəsində Vüqar Babakişiyevi əvəz edib. İH-nin keçmiş sədri bundan sonra DŞ-nın üzvü kimi şirkətdə fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, H.Bədəlov 2002-2008-ci illərdə “Azər-Türk Bank” ASC-də, 2008-2013-cü illərdə “Azərbaycan Sənaye Bankı” ASC-nin İH-nin sədr müavini, 2013-2014-cü illərdə “İntersun” şirkətində bank, sığorta və pərakəndə sahələri üzrə maliyyə müşaviri, 2014-2015-ci illərdə bir sıra maliyyə qurumlarında müşavir kimi çalışıb, 2016-cı ildən isə “Günay Sığorta”nın DŞ-nın sədr müavini olub.

Xatırladaq ki, “Günay Sığorta” şirkəti 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya (“Günay Bank” ASC-nin 38,94%-lik səhmdarı), 16,61%-i “Günaybank”a, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya (“Günay Bank”ın 2,31%-lik səhmdarı) məxsusdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər