3 C
Baku
Saturday, December 14, 2024

Maliyyə institutları “Günay Bank”a yatırdıqları depozitləri böyük hissəsini çıxarıblar

“Günay Bank” ASC-yə depozit yatıran maliyyə institutları yatırımlarının böyük hissəsini geri çəkiblər.

Banker.az bu barədə kommersiya bankının kənar audit (2019-cu il üzrə) kimi cəlb edilən “RSM Azerbaijan” tərəfindən açıqlanan hesabatında qeyd edilib.

Maliyyə institutlarının 1 yanvar 2020-ci il tarixində 3.74 mln. manatlıq depozitləri olub. Halbuki, bu ötən ilin eyni dövründə 8.98 mln. manat təşkil etmişdi. Yəni, 2.4 dəfə azalmadır.

Bank maliyyə resursu kimi əvəzində bu institutlardan borc öhdəlikləri artəb. Son bir ildə “Günay Bank” bu qurumlara borcları 27.14 mln. manatdan 38.01 mln. manata qədər artırıb. Bunun 34.27 mln. manatı İpoteka və Kredit Zəmanəti Fonduna məxsusdur. Qalan 3.67 mln. manatı isə Aqrar Kreditlər İnkişafı Agentliyinindir.

Bundan əlavə Mərkəzi Banka 5 mln. manat borcu olub. Bu borcların illik ödəniş faiz dərəcsi 9% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər