Gürcüstan Azərbaycana mal-qara satışından gəlirini 3 dəfəyə yaxın artırıb

Ötən il Gürcüstan Azərbaycana 27 milyon ABŞ dolları dəyərində iribuynuzlu heyvan ixrac edib.

Gürcüstanın Milli Statistika İdarəsinin məlumatlarına əsasən, bu, 2024-cü ilə nisbətən 2,5 dəfə çoxdur.

Beləliklə Azərbaycan Gürcüstanın iribuynuzlu heyvan ixrac etdiyi ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

2025-ci ildə Gürcüstan xarici ölkələrə 68,5 milyon ABŞ dolları dəyərində iribuynuzlu heyvan satıb ki, bu da bir il əvvəlki göstəricidən 25 % çoxdur.

Hesabat dövründə Gürcüstan İraqa 41,45 milyon ABŞ dolları və Özbəkistana 40 min ABŞ dolları dəyərində tədarük həyata keçirib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstandan xaricə 55 milyon ABŞ dolları dəyərində iribuynuzlu heyvan göndərilib ki, bunun da 11,2 milyon ABŞ dollarlığı Azərbaycanın payına düşüb.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər