25 C
Baku
Monday, April 29, 2024

Gürcüstan Azərbaycanla ticarət dövriyyəsini 18 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1 milyard 57.4 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18.2 % çoxdur.

Bu barədə qonşu ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, 10 ay ərzində Azərbaycan Gürcüstanın 5-ci ticarət tərəfdaşı olub.

Ümumiyyətlə, hesabat dövründə Gürcüstan digər ölkələrlə 15.2 milyard ABŞ dolları dəyərində ticarət aparıb. Bu isə 1 il əvvələ nisbətən 33.5 % çoxdur.

Gürcüstanla ən çox ticarət aparan ölkə Türkiyə olub. Bu ölkə ilə ticarətin dəyəri illik müqayisədə 36.6 % artaraq 2 milyard 295.6 milyon dollar təşkil edib.

Növbəti yerlərdə Rusiya (1 milyard 946.3 milyon dollar, 50.2 % çox), Çin (1 milyard 528.4 milyon dollar, 24.5 % çox), Azərbaycan və ABŞ (1 milyard dollar, 45.1 % çox) qərarlaşıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər