13 C
Baku
Wednesday, May 8, 2024

Gürcüstan bu il Azərbaycana 100 ton şərab ixrac edib

2023-cü ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycana 425 min ABŞ dolları dəyərində 103.3 ton üzüm şərabı ixrac edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, ötən illə müqayisədə Azərbaycana ixrac edilən şərabın həcmi 14.7 ton və ya 16.6%, dəyəri isə 85 min dollar və ya 25% artıb. Belə ki, 2022-ci ilin 8 ayı ərzində Gürcüstan Azərbaycana 339.06 min dollar dəyərində 88.6 ton şərab ixrac edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər