6 C
Baku
Sunday, December 15, 2024

Gürcüstan DTX-nin keçmiş rəis müavini həbs olunub

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəis müavini Soso Qoqaşvili həbs olunub.

Onun gecə saatlarında xüsusi polis əməliyyatı nəticəsində evində həbs edildiyini əks etdirən videokadrları həyat yoldaşı sosial şəbəkədə yayıb.

S.Qoqaşvili ötən gün sosial şəbəkə səhifəsində 2021-ci ildə Gürcüstanda keçirilmiş yerli seçkilərin nəticələrinin saxtalaşdırılması barədə sübutların olduğunu yazaraq hakim “Gürcü Arzusu” Partiyasının liderlərinə onları ifşa edəcəyinə söz verib.

Sabiq yüksək vəzifəli məmurun həbsi ilə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.

Qeyd edək ki, S.Qoqaşvili 2018-ci ildə DTX-nin rəis müavini vəzifəsindən istefa verib. O, daha sonra 2020-ci ilədək hakim partiyada Monitorinq, koordinasiya və analitika departamentinə rəhbərlik edib.

Son xəbərlər
Digər xəbərlər