10 C
Baku
Thursday, December 12, 2024

Gürcüstan küçədə qoruyucu maska ​​taxmaq məcburiyyətini ləğv edir

Gürcüstanda pandemiya ilə əlaqədar küçədə qoruyucu maskalardan məcburi istifadə bu gündən ləğv olunub.

Bununla bağlı qərar respublikanın Baş naziri yanında Koronavirusla Mübarizə üzrə Əlaqələndirmə Şurası tərəfindən əlverişli epidemioloji vəziyyətlə əlaqədar qəbul olunub.

Bununla belə, qapalı yerlərdə, eləcə də ictimai nəqliyyatda qoruyucu maskaların taxılması məcburi olaraq davam edəcək. Qaydaların pozulmasına görə vətəndaşlar 20 lari (6 ABŞ dollarından çox) məbləğində cərimə olunacaqlar.

Xatırladaq ki, Gürcüstanda 2020-ci ilin fevralında koronavirusa ilk yoluxma halının aşkarlanmasından sonra respublika sakinləri qoruyucu maska ​​taxmağa başlayıblar. Əvvəlcə maskaların taxılması yalnız qapalı məkanlarda və ictimai nəqliyyatda məcburi idisə, sonra bu qayda küçədə hərəkət edən insanlara da şamil olunub.

Gürcüstanda pandemiya ilə əlaqədar küçədə qoruyucu maskalardan məcburi istifadə bu gündən ləğv olunub.

“Report” xəbər verir ki, bununla bağlı qərar respublikanın Baş naziri yanında Koronavirusla Mübarizə üzrə Əlaqələndirmə Şurası tərəfindən əlverişli epidemioloji vəziyyətlə əlaqədar qəbul olunub.

Bununla belə, qapalı yerlərdə, eləcə də ictimai nəqliyyatda qoruyucu maskaların taxılması məcburi olaraq davam edəcək. Qaydaların pozulmasına görə vətəndaşlar 20 lari (6 ABŞ dollarından çox) məbləğində cərimə olunacaqlar.

Xatırladaq ki, Gürcüstanda 2020-ci ilin fevralında koronavirusa ilk yoluxma halının aşkarlanmasından sonra respublika sakinləri qoruyucu maska ​​taxmağa başlayıblar. Əvvəlcə maskaların taxılması yalnız qapalı məkanlarda və ictimai nəqliyyatda məcburi idisə, sonra bu qayda küçədə hərəkət edən insanlara da şamil olunub.

Son xəbərlər
Digər xəbərlər