17 C
Baku
Monday, April 29, 2024

Gürcüstan parlamentində Zurabişvilinin impiçmenti məsələsinin müzakirəsi başlayıb

Gürcüstan parlamentində Prezident Salome Zurabişvilinin impiçmenti məsələsinin müzakirəsinə başlanılıb.

Sessiyada Salome Zurabişvili özü də iştirak edir.

 

Hazırda impiçment təqdimatının müəllifi, hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze çıxış edir.

Parlamentin sədri Şalva Papuaşvili prosedur haqqında danışarkən bildirib ki, Salome Zurabişvilinin 15 dəqiqəlik reqlamentlə çıxış etmək, həmçinin sual ünvanlamaq imkanı olacaq.

Gürcüstanın əsas müxalifət partiyası “Vahid Milli Hərəkat” sessiyanı boykot edib və müzakirədə iştirak etmir. Partiya bu barədə parlamentin spikerinə ünvanladığı məktubda bildirib.

Hakim partiyanın Prezidentin impiçmenti üçün 100 deputatın dəstəyinə ehtiyacı var. Lakin partiya hazırda parlamentdə 85 deputatla təmsil olunur.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər