17 C
Baku
Monday, April 29, 2024

Gürcüstan Polşa ilə birlikdə PUA-ların istehsalına başlayacaq

“Gürcüstan avqust-sentyabr aylarında Polşa ilə birlikdə yüzlərlə FLYEYE və WARMATE kamikadze pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayacaq”.

Bunu Gürcüstanın müdafiə naziri Djuanşer Burçuladze “İmedi” telekanalının efirində bildirib. Onun sözlərinə görə, ilk Polşa-Gürcüstan pilotsuz uçuş aparatı artıq uğurla sınaqdan keçirilib.

Gürcüstanın Müdafiə Nazirliyi pilotsuz uçuş aparatlarının operatorlarının hazırlanacağı mərkəz açacaq. İstehsalın yaradılması haqqında sazişi Gürcüstanın “Delta International” şirkəti və Polşanın “WB Electronics” şirkəti imzalayıb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər