“Azərbaycan bölgədə vacib oyunçudur və Gürcüstanın qonşu ölkə ilə məhsuldar iqtisadi əməkdaşlıq həyata keçirir”.
Bu barədə açıqlamasında Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin müavini Ekaterine Mikabadze bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında biznes forumlarının keçirilməsi çox önəmlidir: “Bu cür tədbirlər ölkələr arasındakı iqtisadi əməkdaşlığın inkişafına kömək edir. Özəl sektor hər iki ölkə iqtisadiyyatlarının əsas hərəkətverici qüvvəsidir. İqtisadi əlaqələrin inkişafı üçün iki ölkənin özəl sektorları arasında əməkdaşlıq önəmlidir”.
Nazir müavini qeyd edib ki, Gürcüstan və Azərbyacanın böyük ambisiyalı planları var və onlar birgə səylərlə rellaşdırılmalıdır: “Ölkələr arasında bütün iqtisadi sahələr üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensial var. Əlaqələrin daha da inkişaf etdirilməsindən hər iki dövlət və xalq faydalar əldə edir”.
©Report