Gürcüstanda son sutkada koronavirusa 1 673 yeni yoluxma faktı qeydə alınıb, 2 881 nəfər sağalıb, 22 pasiyent isə vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Beləliklə qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 38 936-ya çatıb. Sağalanların sayı 22 691, vəfat edənlərin sayı isə 307 olub.
Hazırda karantində 3 001, stasionar nəzarətdə isə 4 136 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 2 245 nəfər xüsusi otellərdə müalicə olunur.