Gürcüstanda yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar mayın 3-dən 12-dək bütün ölkə ərazisində bələdiyyəyə məxsus ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.
Bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.
Bildirilib ki, məqsəd mayın 4-dən başlayacaq və 11-dək davam edəcək tətil zamanı ölkə ərazisində vətəndaşların hərəkətini məhdudlaşdıraraq virusun yayılmasının qarşısının almaqdır.