Gürcüstanda biznes strukturları yaradan Rusiya vətəndaşlarının sayı artıb. Martın 1-dən avqustun 1-dək Gürcüstanda Rusiya vətəndaşlarına məxsus 7459 biznes subyekti qeydiyyata alınıb.
Bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, qeydiyyatdan keçmiş Rusiya vətəndaşlarına məxsus biznes müəssisələrinin 544-ü Məhdud Məsuliyyətli Cəmiyyət (MMC), 6913-ü fərdi sahibkarlıq subyekti, 2-si isə xarici müəssisələrin filiallarıdır.