1 C
Baku
Saturday, December 14, 2024

Gürcüstandan idxal edilən araq istehlaka yararsız çıxdı

“TİFLİS BAZAR” MMC tərəfindən Gürcüstanda fəaliyyət göstərən “Kombinat Anaseuli” şirkətinə məxsus müəssisədən idxalı üçün müraciət edilən ümumi sayı 310 ədəd olan “Anaseuli 40%-li, 0.5L” əmtəə nişanlı şaftalı arağı məhsulunda metil spirtinin həcm payının ölkədə qüvvədə olan normativ hüquqi aktlarda nəzərdə tutulan normadan artıq olduğu aşkar edilib.

Banker.az bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, Agentlik tərəfindən istehlaka yararsız şaftalı arağı məhsulu partiyasının məhv edilməsi barədə müvafiq qərar qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər