17 C
Baku
Monday, May 6, 2024

Gürcüstanın Ali Məhkəməsi Prezidentin impiçmenti məsələsinə baxıb

Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin Konstitusiya Məhkəməsində keçirilən dinləmələrdə iştirak etməyib.

O,  iki nümayəndəsini, vəkillər Tamar Çuqoşvili və Maya Kopaleişvilini MK-ya göndərib.

Dövlət başçısı sosial şəbəkələrdə paylaşım edib və nümayəndələrinə tam etibar etdiyini bildirib. Eyni zamanda məhkəmənin sədri Merab Turava prezidentin özünün məhkəməyə gəlməsi lazım olduğunu bəyan edib.

Gürcüstan prezidentinin vəkilləri qeyd ediblər ki, Salome Zurabişvilinin iclasda iştirak etməməsi hörmətsizlik münasibəti kimi qiymətləndirilməməlidir.

“Bizə prezidentin adından danışmaq üçün tam səlahiyyət verilib, ona görə də bunu prezidentin məhkəməyə hörmətsizliyi kimi qəbul etməməliyik”, – deyə Maya Kopaleişvili bildirib.

İclasda hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze iştirak edib. O bildirib ki, son iki ildə prezident xarici əlaqələrdə iştirak üçün icazə almaq üçün hökumətə 38 dəfə müraciət edib.

Onun sözlərinə görə, ötən il prezidentin Almaniya, Fransa və Brüsselə səfərinə icazə verilib, lakin bu səfərlər uğursuz alınıb və ölkəyə Aİ-yə namizəd statusu verilməyib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər