19 C
Baku
Friday, May 3, 2024

Gürcüstanın Azərbaycandakı kredit biznesi ilin birinci yarısında xalis mənfəət edib

Gürcüstan kapitallı “TBC Kredit” BOKT MMC 2021-ci ilin ilk yarısında 942.9 min manat xalis mənfəət əldə edib.

Bu barədə BOKT-un açıqladığı son rəqəmlərdə bildirilir.

Bu da öncəki ili 3.4 dəfə üstələməsi deməkdir.

Cari ilin ilk yarısında xalis mənfəəti milyona tam çatmasa belə, 2021-ci ilin sonuna 2 281 min manat xalis mənfəət edəcəyini proqnoz verir. 2022-ci ilə isə 3 milyonluq xalis mənfəət planlaşdırır.

BOKT-un aktivlərinin həcmi 2021-ci ilin birinci yarısının sonuna 13 915 min manat olmuş (öncəki il: 15 313 min manat), o cümlədən 10 367 min manatı xalis kreditlər olmuşdur.

“TBC Kredit”in öhdəliklərinin həcmi 4 780 min manat, kapitalının həcmi isə 9 135 min manat olmuşdur.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər