3 C
Baku
Saturday, December 14, 2024

Gürcüstanın sərhəd-keçid məntəqələrində üztanıma sistemləri quraşdırılacaq

Gürcüstan hökuməti öz sərhəd-keçid məntəqələrində üztanıma sistemlərinin inteqrasiyasını bu ilin sonunadək tamamlayacaq.

Bu barədə məlumat Gürcüstan hökumətinin parlamentə təqdim edilmiş illik hesabatında yer alıb.

Bildirilib ki, layihə çərçivəsində sərhəd-buraxılış məntəqələrində lazım olan texniki vasitələrin və proqramların quraşdırılması 2023-cü ilin sonunadək başa çatdırılacaq.

Tətbiq olunacaq yeni sistem ölkəyə daxil olan, həmçinin ölkədən çıxan şəxslərin axtarışda olmasını, deportasiya edilmiş və ya saxta sənədlərlə səyahət etməsini müəyyənləşdirməyə imkan verəcək.

Layihə hazırda sınaq mərhələsindədir və müvafiq satınalma və quraşdırma mərhələsinə keçiləcək.

Hesabatda qeyd edilir ki, bu sistemlər ölkənin sərhəd təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasında mühüm rol oynayacaq.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər