6 C
Baku
Saturday, December 14, 2024

Gürcüstanda taxıl ehtiyatı tükənib, bir neçə günə isə dəyirmanlar dayanacaq

“Gürcüstanın taxıl ehtiyatı faktiki olaraq tükənib və yaxın günlərdə dəyirmanlarda iş dayanacaq”.

Bunu Gürcüstan Taxıl və Un istehsalçıları Assosiasiyasının rəhbəri Levan Silqava “İnterpressnyus”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, artıq bir neçə aydır ölkəyə buğda əvəzinə un idxal olunur: “Bu gün taxıl ehtiyatları faktiki olaraq tükənib. Gürcüstan qanunlarına əsasən, un idxalına vergi yoxdur, ancaq bir ton taxıla 120 dollar vergi tələb olunur”.

Qeyd edək ki, Gürcüstan ildə 650 min ton taxıl istehlak edir. Respublika bu ehtiyacın 15 faizini ödəyir, qalan hissəsinin çoxunu Rusiyadan idxal edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər