Son bir ay ərzində Gürcüstanın xarici dövlət borcu 271,3 mln. ABŞ dolları artıb.
Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin məlumatında qeyd olunub.
Bildirilib ki, 30 noyabr 2020-ci il tarixində ölkənin xarici borcu 7,263 mlrd. dollar təşkil edib ki, bu da əvvəlki aya nisbətən 3,9% çoxdur. Cari ilin 31 oktyabrında isə Gürcüstan hökumətinin xarici dövlət borcu 6,991 mlrd. dollar təşkil edib. Ölkənin xarici borcundan 7,005 mlrd. dollar hökumətin, 257,4 mln. dollar isə Milli Bankın payına düşüb.
Məlumata görə, Gürcüstanın ən çox borc aldığı çoxtərəfli kreditoru Asiya İnkişaf Bankı (1,415 mlrd. dollar), ən az borc aldığı ölkə isə Almaniyadır (720, 069 milyon dollar).
Qeyd edək ki, hazırda Gürcüstanın Azərbaycana dövlət borcu 5,685 mln. dollar təşkil edir.