-1 C
Baku
Sunday, December 15, 2024

Gürcüstanın xarici ticarət dövriyyəsi 22% artıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 2023-cü ilin yanvar-mart aylarında 4 milyard 783.8 milyon dollar təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.1 faiz çoxdur.

Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə ixracın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 24.7 faiz artaraq 1 461.5 milyon dollar olub.

Cari ilin birinci rübündə idxalın həcmi 2022-ci ilin birinci rübü ilə müqayisədə 21 faiz artaraq 3 322.3 milyon dollar təşkil edib.

Hesabat dövründə Gürcüstanın xarici ticarətində 1860.8 milyon dollar mənfi saldo yaranıb, bu da xarici ticarət dövriyyəsinin 38.9 faizinə bərabərdir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər