7 C
Baku
Sunday, December 15, 2024

“Həftəsonu və bayram günlərində bəzi küçələr ya tamamilə, ya qismən avtomobil axını üçün bağlı ola bilər”

Sabahdan metronun “28 May” metrostansiyasının qarşısına avtomobillərin girişi bağlanacaq.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov belə bir qərarın verilmə səbəbini şərh edərək atılacaq bənzər addımlardan danışıb: “28 May” metrostansiyası ətrafında da bəzi yollar nəqliyyat üçün bağlı olacaq. Əslində bir həftə öncə Xaqani bağı ətrafında da bənzər qərar verilib. Bu, şəhərdə mobilliyin yüksəldilməsi üçün verilən qərardır. Məqsəd şəhəri fərdi nəqliyyatdan ictimai nəqliyyata keçirmək və piyadayönümlü etməkdir. Mobilllik layihəsinin əsas məqsədi insanların işə, dərsə və digər mənzil başına daha rahat çatmasını təmin etməkdir”.

Nazir müşaviri əlavə edib ki, mobillik layihəsi çərçivəsində aparılan araşdırmalar göstərir ki, şəhərdə bir nöqtədən digərinə çatmaq çətindir: “Əsas hədəflərimizdən biri mikronəqliyyatı-velosiped, skuteri təşviq etməkdir. Bunun təşviqi üçün şəhər ətrafında bəzi küçələr ya tamamilə, ya qismən, ola bilər ki, həftənin bazar və bayram günlərində avtomobil axını üçün bağlı olsun. Belə olan halda, həmin ərazilərdə piyadalar, skuter və velosipeddən istifadə üçün imkanlar yaranacaq. Ümumi olaraq qeyd edim ki, əsas məqsəd ilk növbədə şəhər mərkəzinə, şəhərin piyadalar tərəfindən daha çox istifadə olunan hissələrinə maşınların ya tamamilə, ya da qismən girişini məhdudlaşdırmaqdır”.

R. Bayramov bildirib ki, Bakıda əhalinin sayı, dövlət qurumlarının, universitetlərin, müxtəlif böyük şirkətlərin cəmləşməsi nəqliyyat trafikini formalaşdırır. Bu da istər-istəməz yollarda sıxlıq yaradır:

“Bundan başqa, Azərbaycanda fərdi avtomobil və taksilərə üstünlük verilir. Təbii ki, bunun müəyyən obyektiv səbəbləri də var. Bütün bu amillər yollarda avtomobil axınını çoxaldır. Yollarda daha az zaman keçrimək üçün biz ictimai nəqliyyatı əlçatan etməliyik. Bir müddət öncə Bakı-Sumqayıt yolunda avtobuslar üçün xüsusi zolaq yaradıldı. Bir ayda mənzil başına çatmada 10-15 faiz artım qeydə alınıb. Yəni, sərnişinlər əvvəlki ilə müqayisədə daha tez mənzil başına çatmış olublar”, – deyə müşavir xüsusi vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər