15 C
Baku
Tuesday, April 30, 2024

Hər hansı bir sahədə necə yaxşı mütəxəssis ola bilərik?

95% hallarda hər hansı bir işdə uğur qazanmaq təbiətdən gəlmə istedadlarla təyin olunmur. Belə olduğu halda insan ən yaxşı olmaq üçün nə etməliyik?

Praktika! 10 000 saat praktika.

Siz mütəxəssis olmaq üçün özünüzə çox vaxt ayırmalısınız. Lakin məşqlərə sərf etdiyiniz saatların çoxluğu heç nəyə təyin etmir. Məşğələlər ağıllı şəkildə təşkil olunmalıdı və siz maksimum dərəcədə əmək sərf etməlisiniz.

Düzgün şəkildə təşkil olunmuş praktika məqsədin təyin olunmasını təxmin edir, müəyyən inkişafa nail olmağa kömək
edir.

Əgər siz uğur qazanmaq istəyirsinizsə, seçdiyiniz işə daha yaxın olun. Boksçu olmaq istəyirsiniz? Qum torbasını vurmaqla kifayətlənməyin. Siz ringə çıxıb əsl rəqib ilə döyüşməlisisniz.

Passiv olmayın. Cəhd etmək sadəcə müşahidə aparıb nəticə çıxartmaqdan daha
səmərəlidir.

Praktika sadəcə təkrarlamaq deyil. Özünüzə qarçı amansız olun.

Tək qalmağa üstünlük verin. Ən yaxşı mütəxəssislər əksər hallarda özünə qapanmış insanlar olublar. Niyə? Çünki düçüncəli məşqlər üçün təklik gərəkdir.

Bacardığınız qədər çox məşq edin. Sizin seçdiyiniz sahədə mütəxəssis olmağınız üçün ən az 10 il
lazımıdr.

Məqsədinizə doğru gedən yolda inadkar olun.

Müxtəlif sahələrdə və şəraitlərdə uğur qazanmış insanların həyatlarını araşdıran alimlər mətanətin, inadkarlığın İQ-dən vacib olduğu qərarına gəliblər.

Öz işinizdə qüsurlar axtarın və səhvlərinizin üzərində çalışın. Əsl mütəxəsislər diqqətlərini onların işləri haqqında pis fikirlərə yönəldirlər. Çünki kamilləşmək üçün daim fürsətlər axtarışındadırlar. Öz uğursuzluqlarına qarşı bəslədiyi diqqət mütəxəssisərin fərqli cəhədlərindən biridir.

İnkişafa əhəmiyyət verin. Bir işi hər zaman sadəcə yaxşı deyil, əla etməyə çalışın.

Əks əlaqə. Siz nəyin yaxşı nəticə verdiyini, nəyin isə vaxt itkisi olduğunu yaxşı bilməlisiniz.

Unutmayın ki, siz vakuumda çalışmırsınız. Gərgin məşqlər vaxt ötdükcə daha çox zövq bəxş edirlər. Xoşbəxt olmaq üçün sevdiyiniz işlə məşğul olmaq ən böyük silahdır. Bunun bir çox sübutu var.

Son xəbərlər
 ⁠
Digər xəbərlər