13 C
Baku
Tuesday, May 7, 2024

Hərbçilərə verilən “ərzaq pulu”nun artırılması təklif olunur

“Respublikamızın bir sıra bölgələrində soyuqların daha tez düşməsi nəticəsində məktəblərin soyuq olmasının uşaqlar arasında xəstəliklərin artmasına səbəb olduğunu nəzərə alaraq, məktəblərdə qış mövsümünə keçidin havanın temperaturuna uyğun təmin edilməsini təklif edirəm”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Ombudsman bildirib ki, eyni zamanda məktəblərdə əsas tədris vəsaitləri ilə yanaşı əlavə tədris vəsaitlərinin də dövlət büdcəsi hesabına verilməsinə ehtiyac var: “Hepatit B və Hepatit C xəstələrinin pulsuz verilən dərmanlarının siyahısının genişləndirilməsini təklif edirik. Yeni tələbə yataqxanalarının tikilməsi üzrə işlər davam etdirilməlidir. Ötən dövr ərzində təbii fəlakət nəticəsində evləri dağılan insanlar var ki, hələ də növbə gözləyirlər. Hərbi qulluqçulara verilən “ərzaq pulu”nun həcminin artırılmasını təklif edirəm”.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər