Hərracda manata kəskin tələbat yarandı

Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb. Bu barədə Banker.az-a AMB-dən xəbər verilib.

09.10.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 456.3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.

Bu da, hərracda tələbin təklifi 356 faiz üstələməsi deməkdir.

Xatırladaq ki, bundan öncəki depozit hərracında 574 mln manat yığılmışdı.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər