21 C
Baku
Monday, May 20, 2024

Hərracda nəqliyyat vasitəsinə edilən ən son təklif start qiymətin 2 mislinə yaxın olub

Növbəti hərracda 19 nəqliyyat vasitəsi özəlləşdirilib .

Banker.az xəbər verir ki, sifarişlərin çoxluğu budəfəki hərracı rəqabətli edib. Nəqliyyat vasitələrinin birinə edilən ən son təklif start qiymətin 2 mislinə yaxın olub.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 19 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə, 71 sifariş qəbul edilib.

Hərrac rəqabətli olub. Belə ki, “Toyota Camry” markalı avtomobilin start qiyməti 9000 manat olsa da, ən son təklif 15 000 manata yüksəlib. Start qiyməti 7 500 manat olan “Toyota Corolla” markalı nəqliyyat vasitəsi 14 500 manata özəlləşdirilib.

Satılan əmlaklar üzrə dövlət büdcəsinə 186 740 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/347gun linki vasitəsilə tanış olmaq olar.

Cari ay üzrə növbəti hərrac aprelin 18-də keçiriləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər