10 C
Baku
Thursday, December 12, 2024

Hərracda valyutaya tələb yüksəldi — AMB tələbin yüksəlməsinə aydınlıq gətirdi

14 may 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 107,1 mln. ABŞ dolları təşkil edib və tam təmin olunub.

Bu barədə Banker.az-a daxil olan məlumatda qeyd edilir.

Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

Sonunu valyuta hərracı 7 mayda keçirilib və 75,1 mln. dollar satılmışdı.

“Tələbin nisbətən yüksək olması ötən həftənin cümə axşamının qeyri-iş gününə təsadüf etməsi ilə bağlı olaraq hərracın qrafik üzrə keçirilməməsi səbəbindən yığılan tələblə əlaqədardır”- deyə, Mərkəzi Bank bu məsələyə aydınlıq gətirib.

Son xəbərlər
Digər xəbərlər