9 C
Baku
Thursday, December 12, 2024

Həsənovun BOKT-unun maliyyə durumu bəlli oldu – Audit hesabatı

2020-ci ildə nizamnamə kapitalını 3 dəfə böyüdən “İnternational” Bank Olmayan Kredit Təşkilatı QSC həmin müddətdə maliyyə nəticələrini də yaxşılaşdırıb.

“İnternational” BOKT-un “RSM Azerbaijan” audit şitkəri tərəfindən aparılan audit hesabatı rəyində bildirilir ki, BOKT-un 1 yanvar 2021-ci il tarxinə aktivlərinin həcmi 14 milyon 733.33 min manat olmuşur.

Banker.az xəbər verir ki, bu da son bir il ərzində kredit təşkilatının aktivlərinin 40% böyütməsinə nail olması deməkdir.

AKTİVLƏR NİYƏ BÖYÜDÜ?

BOKT aktivlərinin böyüməsinə demək olar ki bütün aktivlər üzrə təkan olub.

“İnternational” BOKT-un əsas fəaliyyət istiqaməti – müştərilərə verdiyi kreditlərin həcmi 2020-ci ilin sonuna 12 milyon 403.78 min manat olmuş, yaxud illik müqayisədə 33% yüksəlib.  Cari kredit portfelinin hamısı istehlaka verilmiş kreditlərdir. Halbuki, öncəki ildə 9 milyon 353.9 min manat portfelin 2.44%-i aqrar kreditlər üzrə portfel təşkil edirdi.

Aktivlərinin digər 631.01 min manatı (illik müqayisə: -22%) nağd pul vəsaitləri, 810.75 min manatı (2.6 dəfə artım) əmlak və avadanlıqlar, 810.68 min manatı (öncəki il yox idi) aktivdən istifadə hüququ olanlar təşkil edib.

BORCLAR BÖYÜDÜ

İş adamı Rifat Həsənovun kredit təşkilatı 2020-ci ildə müddətli borclarının həcmini 5 milyon 470.18 min manata düşürdüyü bir zamanda, qiymətli kağızlar üzrə portfelini 4 milyon 948.61 min manata və digər öhdəlikləri 493.07 min manata qədər artmışdır.

Hesabat müddəti ərində əlavə borc öhdəliyi – 817.2 min manat olmaqla icarə öhdəliyi yaranıb.

Beləliklə, kredit təşkilatının öhdəliklərinin həcmi ilin sonuna 20% artımla 11 milyon 759.83 min manata qədər yüksılmişdir.

“İnternational” BOKT 2020-ci il müddətində 6 milyon 478.11 min manat faiz gəliri əldə etdiyi halda (2019: 4 milyon 641.66 min manat), 1 milyon 467.63 min manat faiz xərci edib.

BOKT-un haqq və komissiyadan gəlirləri 140.81 min manat və digər gəlirləri 6 min manat cəmi təşkil edib. Qeyri-faiz xərcləri üzrə 1 milyon 229.51 min manat (2019: 448.26 min manat), 1 milyon 299.13 min manat insan resursları xərcləri (745.97 min manat), 92.16 min manat haqq və komissiya gəlirləri (81.37 min manat), 119.23 min manat girovların qiymətləndirilməsi xərcləri (451.81 min manat) və 941.92 min manat satınlama xərcləri (491.29 min manat) təşkil etmişdir.

Bank olmaya kredit təşkilatı 2020-ci il ərzində problemli kreditlər üzrə ehtiyata 425.28 min manat ayırma etdikdən sonra mənfəət 270.45 min manat mənfəət əldə edib. Bu mənfəətdən də 68.53 min manat gəlir vergisi ödəmiş və nəticədə xalis mənfəəti 201.91 min manat təşkil etmişdir. Bu 2019-cu il ərzində 13.9 min manat idi cəmi.

Bu xalis mənfəətdən sonra, təşkilatın balansında illərin yığılmış qalmış 228.41 min manat zərəri, ilin sonuna 26.6 min manata düşüb.

Xatırladaq ki, 2002-ci ildə yaradılan BOKT-un 3 mln. manat nizamnamə kapitalı var. Bunun 100%-i Rifat Həsənova məxsusdur.

53454853459837453894573 qwe3wq

Son xəbərlər
Digər xəbərlər