18 C
Baku
Tuesday, April 23, 2024

“Həzi Aslanov-2” stansiyası tikilir

Bakı metropoliteninin Yaşıl xətti üzrə yerləşən, şərti adı Y-15 olan “Həzi Aslanov-2” stansiyasının tikintisi gələn il davam etdiriləcək.

Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, hazırda tikinti işləri müvəqqəti dayandırılıb.

“Hazırda “Həzi Aslanov-2″ stansiyasında tikinti getmir. Amma stansiyanın böyük bir hissəsi tikilib. Gələn il müəyyən şərtlər daxilində biz stansiyanın tikintisini davam etdirə bilərik. Tikinti üçün Bakı metropoliteninin kifayət qədər imkanları var”, – Ə.Osmanov bildirib.

Xatırladaq ki, Bakı metropoliteninin hazırda 26 stansiyası, 1 elektrik deposu və 38,8 kilometr uzunluğunda 3 xətti var.

MənbəModern.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər