7 C
Baku
Thursday, December 12, 2024

Hafiz Məmmədovun məşhur hoteli bərbad hala düşüb – Fotolar

Bir vaxtlar Bakının ən öndə gedən hotellərindən olan “Ramada Shamdan” indi baxımsızlıqdan bərbad hala düşüb.

Hazırda toz içində olan hotelin üst mərtəbələrindəki pəncərələri də qırılıb. Bu isə bu ilin martın 11-də “Ramada Shamdan”da baş verən yanğınla əlaqələndirilir. Ancaq hotelin yanğın olmayan hissəsində də bəzi qırılmış pəncərələr var ki, onların da yeri taxta materiallarla örtülüb.

Məsələ burasındadır ki, hotel yanğın baş verməzdən uzun müddət öncə fəaliyyətini dayandırıb. Bu isə “Ramada Shamdan”ın sahibi Hafiz Məmmədovun müflisləşməsi ilə əlaqələndirilir. Hotelin qanuni təmsilçisi isə Hafiz Məmmədovun oğlu Kənan Məmmədovdur. “Ramada Shamdan”ın hazırda 64045.23 manat vergi borcu var.

Qeyd edək ki, “Ramada Shamdan” “Milyonerlər məhəlləsi” kimi tanınan Məmməd Araz küçəsində yerləşir. Vaxtilə Hafiz Məmmədov Bakıya gələn İspaniyanın “Atletiko” (Madrid) klubunu da məhz bu hoteldə qəbul etmişdi.

1 e1667282209486

3 e1667282254686

4 e1667282290324

5 e1667282322942

6 e1667282353951

7 e1667282387934

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər