9 C
Baku
Friday, December 13, 2024

Hakan Fidan iranlı həmkarı ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan İrana səfər edib.

Səfər İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın dəvəti ilə baş tutub.

Tehrana gələn Türkiyə XİN rəhbərini iranlı həmkarı qarşılayıb.

Qarşılamadan sonra Fidan və Abdullahian ikitərəfli və nümayəndə heyətləri ilə birlikdə görüşlər keçirmək üçün nazirliyin binasına yollanıblar.

Danışıqlarda iki ölkə arasındakı münasibətlərin, cari regional və beynəlxalq hadisələrin müzakirə olunacağı bildirilib. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcəyi vurğulanıb.

Qeyd edək ki, bu, Fidanın xarici işlər naziri təyin olunduqdan sonra İrana ilk səfəridir.

Son xəbərlər
Digər xəbərlər