2 C
Baku
Saturday, December 14, 2024

“Halal” sənayesinin bazar dəyəri $4.7 trln.-a çatıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha Türkiyənin İstanbul şəhərində keçirilən İƏT-in “Halal Expo 2023” və 9-cu Ümumdünya Halal Sammitinin açılış sessiyasına ünvanladığı mesajda bildirib ki, son illərdə qlobal halal bazarında əhəmiyyətli artım müşahidə olunub və halal sertifikatlı məhsullara tələbat artmaqda davam edir. Onun sözlərinə görə, “Halal” sənayesinin bazar dəyəri 4.7 trilyon ABŞ dollarına çatıb.

Baş katib “Halal” sənayesinin milli iqtisadiyyatların böyüməsini təşviq etmək və İƏT-ə üzv dövlətlərdə məşğulluq imkanları yaratmaq potensialına malik olduğunu qeyd edib. O vurğulayıb ki, təşkilata üzv dövlətlər bu sənayenin inkişafının ön sıralarında olmaq üçün birlikdə olmalı və səylərini sinxronlaşdırmalıdır.

2023-cü il noyabrın 26-da Türkiyənin İstanbul şəhərində keçirilən İƏT-in “Halal Expo 2023” sərgisi və 9-cu Ümumdünya Halal Sammiti İslam qaydalarına uyğun məhsul və xidmətlərin nümayiş olunduğu beynəlxalq ticarət tədbiridir. İstər İƏT, istərsə də qeyri-İƏT ölkələrindən olan “Halal” sənayesi ekspertləri, treyderlər və sahibkarlar üçün illik platforma olan “Expo Halal” sertifikatlı malların çeşidinə hərtərəfli baxış təklif edir və sərgi iştirakçıları qida istehsalından kosmetika, moda, maliyyə xidmətləri, təhsil müəssisələrinə qədər müxtəlif məhsulları təqdim edirlər.

“Halal Expo 2023” və 9-cu Ümumdünya Halal Sammitinin xüsusi diqqət çəkən məqamı sənaye ekspertlərinin ən son tendensiyaları müzakirə etməsi və bu sənayenin müxtəlif aspektləri üzrə bilik mübadiləsinin aparıldığı konfransların təşkilidir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər