-1 C
Baku
Sunday, December 15, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Hansı Bankda faizləri öncədən ödənilən əmanət növü var? [araşdırma+siyahı]

Hansı Bankda faizləri öncədən ödənilən əmanət növü var? [araşdırma+siyahı]

0
Hansı Bankda faizləri öncədən ödənilən əmanət növü var? [araşdırma+siyahı]

Əmanətçilər Bank seçimi edən zaman, bankın dayanıqlılığı, gəlirlilik faizi, əmanətin müddəti və artım imkanları ilə yanaşı faizlərin ödənilməsi şərtlərinə da diqqət yetirirlər. Çünki əksər şəxslər əmanət faizlərinə özünün stabil gəliri kimi yanaşaraq gəlirlərini və xərclərini hesablayan zaman nəzərə alırlar.

Bu məsələni araşdıran Banker.az oxucuları ilə həmin siyahını bölüşür.

Bir neçə il əvvələ qədər Banklarda təklif edilən əmanətlər üzrə faizlərin ödənilməsinin 2 əsas növü mövcud idi: aylıq əsasdaəmanət müddətinin sonunda. Məlumumuz üzrə son dövrlərdə Bank məhsullarının inkşafı istiqamətində yeni mərhələyə keçid baş verməkdədir. Banklar kredit və qeyri-kredit məhsullarını dizayn edərkən fokus qruplar arasında sorğu aparır və öz məhsullarını müştəri tələblərinə uyğun formada dizayn etməyə çalışırlar. Məhsulların inkşafı istiqamətində müsbətə doğru gedən dəyişikliklər əmanət məhsullarında da özünü biruzə verib.

Faizlərin qabaqcadan ödənilməsi şərtilə müştərilərə təklif edilən əmanətləri buna misal olaraq göstərə bilərik. Aydın məsələdir ki, bu növ əmanətlərdə cəlbetmə faiz dərəcəsi faizləri aylıq və müddətin sonunda ödənilən əmanətlərə nisbətdə daha aşağı olur. Lakin əmanətçilər nisbətən aşağı gəlirlilik fonunda əmanət üzrə hesablanacaq gəlirləri dərhal əldə etmək imkanı əldə edirlər. Sözü çox uzatmadan bu tip əmanətlərin təklif edildiyi Bankları və əmanət şərtlərini Sizlərə təqdim etmək istərdik.

Aşağıdakı cədvəl Siz oxuculara müvafiq məhsulu rahat şəkildə müqayisə etməyə imkan verəcək:

Bank Əmanətin adı Valyuta Minimal məbləğ Müddət İllik faiz dərəcəsi
Amrahbank “Avans” əmanəti AZN / USD / EUR 1000 AZN / USD / EUR 12 ay AZN – 11%

USD – 3%

EUR – 1.2%

Express Bank “Əlavə Fürsət” əmanəti AZN 500 AZN 12 ay 9%
Muğanbank Avans AZN / USD 1000 AZN / USD 12 ay AZN – 12%

USD – 3%

NBC Bank Universal Depozit AZN / USD /EUR 200 AZN / USD / EUR 12 ay / 24 ay / 36 ay 12 aylıq əmanətlər

AZN – 11%, USD/EUR – 2.75%

24 aylıq əmanətlər

AZN – 10.5%, USD/EUR – 2.50%

36 aylıq əmanətlər

AZN – 10 %, USD/EUR – 2.25%

Rabitə Bank Universal Depozit AZN / USD 200 AZN / USD 6 ay / 12 ay / 24 ay AZN valyutasında

6 aylıq – 1%

12 aylıq – 3%

24 aylıq – 2%

USD valyutasında

Hər 3 müddət üzrə – 0.5%

Unibank Faizlər əvvəlcədən AZN 500 AZN 12 ay 9%